Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda İcra Başçısı Kəpəz yaylağına köç etmiş qoyunçuluq təsərrüfatlarında oldu

Baxış: 313

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, adiyyəti  məsul  şəxslərlə birgə, rayonun Kəpəz yaylağı ərazilərinə köç etmiş qoyunçuluq təsərrüfatlarında oldu. Sahibkartv.az xəbər verir ki, Burada təsərrüfat sahibləri ilə səmimi söhbət edən İcra başçısı heyvanların saxlanma şəraiti və təsərrüfat sahiblərinin mövcud sosial qaygıları ilə maraqlandı, heyvanlara vaxtında baytarlıq xidmətlərinin, o cümlədən vaksinasiya tədbirlərinin aparılması ilə bağlı, tapşırıq və tövsiyələrini bildirdi. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru və təsərrüfat sahibləri ilə birgə, heyvandarlığın inkişafının genişləndirilməsi və bu sahədə mövcud imkanlardan səmərəli istifadə olunması ilə bağlı müzakirələr aparıldı.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.