Kolumbiyada “Yemək Barışığı” Layihəsi Geniş Vüsət Alır
21:51 / 18-06-2025
Argentinada Qəhvəxanalar Yeni Psixoloji Məkanlara Çevrilir
20:48 / 18-06-2025
Afrikada Uşaqlar Üçün “Yemək Səyyahları” Təhsil Layihəsi Hazırlanıb
20:30 / 18-06-2025
Ərəbistan Yarımadasında “Qumda Bişirilən Yeməklər” Yenidən Populyarlaşıb
20:16 / 18-06-2025
İngiltərədə Universitet Tələbələrinə “Bizneslə Yemək” Kursu Təklif Edildi
19:45 / 18-06-2025
Braziliyada Futbol Akademiyalarında Pəhriz İntizamı Qanunla Tənzimlənəcək
19:30 / 18-06-2025
Avstraliyada Əmək Bazarı Üçün “Mini Restoranlar” Konsepti Yaradıldı
19:19 / 18-06-2025
Nyu-Yorkda “Təhsil və Qidalanma” Marafonu Keçirildi
18:42 / 18-06-2025
Seulda “K-pop Pəhrizi” Adlı Yeni Sağlamlıq Trendi Yayılır
18:30 / 18-06-2025
Dubayda Səhiyyə Sahibkarlığı Qadınların Əlində Cəmlənir
18:20 / 18-06-2025
Kanadada Qida Təhlükəsizliyi üzrə Sahibkarlıq Fonduna Start Verildi
17:30 / 18-06-2025
Berlin Universitetində “Qida və Beyin Sağlamlığı” Fənni Tədris Olunur
16:49 / 18-06-2025
Yeni Zelandiyada Qocalar Evində “Yemək Terapiyası” Proqramı Başlayıb
16:18 / 18-06-2025
Sabah 34 dərəcə isti olacaq - PROQNOZ
16:00 / 18-06-2025
İtaliyada Vegan Pizzalarla Ətraf Mühitə Təsir Azaldılır
15:44 / 18-06-2025
SON DƏQİQƏ! Raketlər tükənir - Ölkə TƏHLÜKƏ ALTINDA - ŞOK
14:22 / 18-06-2025
Nüvə müharibəsi başlayarsa, hansı ölkədə nə qədər insan öləcək? - SİYAHI
13:32 / 18-06-2025
Zelenski Kanadaya səfərini yarımçıq qoydu: Ukrayna yalnız qalır?
12:26 / 18-06-2025
Müdafiə Nazirliyindən vətəndaşlara çağırış - Narahatlığa heç bir əsas yoxdur
12:22 / 18-06-2025
Çin İrana sirli təyyarələr göndərir - The Telegraph
12:13 / 18-06-2025
ABŞ 48 saat ərzində İrana qarşı hərbi əməliyyatlara başlaya bilər
12:08 / 18-06-2025
Yol polisindən kvadrosikl sürənlərə - Xəbərdarlıq
11:15 / 18-06-2025
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
11:11 / 18-06-2025
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlət başçısına əvvəlcə “Bərdə-Ağdam dəmir yolu xətti” layihəsi, Bərdə-Ağdam-Xankəndi dəmir yolunun tikintisi, Xankəndi dəmir yolu və avtovağzal kompleksi barədə məlumat veriblər.
Qeyd edilib ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.
Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.
Kompleksin ərazisində, həmçinin müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilib. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.
Sonra Bərdə-Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb.
Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək.
Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.

Bölməyə aid digər xəbərlər

Tarix: 10-05-2025, 12:23 Oxunub: 36
Bölməyə aid digər xəbərlər
16-08-2024, 11:27
Özbəkistan mətbuatında birinci xanım Mehriban Əliyevaya həsr edilmiş məqalə yayımlanıb
28-09-2023, 18:16
Zəngilan Konqres Mərkəzi Kompleksi açılıb - FOTOLAR
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
27-12-2022, 19:08
Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb - YENİLƏNİB
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
16-03-2022, 10:15
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
20-02-2022, 21:37
Kamaləddin Qafarov: “Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlü fəaliyyətinin dəfələrlə şahidi olub”
1-11-2021, 19:42
Prezident və Birinci vitse-prezident Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olublar
28-08-2021, 21:48
Azərbaycana iqtisadi və hərbi üstünlük qazandıracaq layihələr - FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO