11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
Qışa hazırlıq məqsədilə oduncaq tədarükünə start verilib.
Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə veriləcək.
Xidmət rəisi bildirib ki, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə kənd ağsaqqalları, QHT nümayəndələri və ictimai fəallar oduncaq tədarükü prosesinə dəvət olunur. Bu işdə yaxından iştirak etmək istəyən ictimaiyyət nümayəndələri üçün Nazirliyin rəsmi internet səhifəsində (http://eco.gov.az/az) oduncağın tədarükü və satışı həyata keçirilən rayonların adı, meşə sahəsi, tədarük yeri, vaxtı barədə əvvəlcədən məlumat verilir.
Hazırda bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların sanitar qırıntısı prosesinə hazırlıq gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir.
N.Xıdırov bu işlərdə yerli icra nümayəndələrinin, bələdiyyələrin köməyinin, dəstəyinin çox zəruri olduğunu və onlar tərəfindən oduna ehtiyacı olanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Odun əldə etmək istəyən vətəndaşların və təşkilatların Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etmələri tövsiyə olunub.
Bölməyə aid digər xəbərlər