“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
"SAHİBKARTV.AZ" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.
Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur".
Sərəncam Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb.
Azərbaycanın Maliyyə Nazirliyi Dövlət Proqramının 2023–2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Azərbaycanın Nazirlər Kabinetinə təqdim etməlidir.
Azərbaycanın Nazirlər Kabineti Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, üç ay müddətində 2023–2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025–2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Prezidentinə təqdim etməlidir.
Azərbaycanın Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycanın Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Azərbaycanın Maliyyə Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Naxçıvanın Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidirlər.
Magistral yollar üçün günəş panelləri quraşdırılır
20:11 / 08-03-2025
Ağıllı şəhər layihələri reallaşır
19:47 / 08-03-2025
Sürücüsüz yük qatarları nəqliyyatda inqilab yaradır
19:25 / 08-03-2025
Alternativ kənd təsərrüfatı üsulları populyarlaşır
18:51 / 08-03-2025
Siyasətdə süni intellekt əsaslı qərarvermə sistemləri tətbiq olunur
18:15 / 08-03-2025
Küçələrdə robot patrullar fəaliyyətə başlayır
17:46 / 08-03-2025
Elektrikli avtobuslar ictimai nəqliyyatda dominant olur
17:21 / 08-03-2025
Ağıllı nəqliyyat sistemləri tıxacları idarə edir
17:00 / 08-03-2025
Kosmos sektoru özəl şirkətlərin nəzarətinə keçir
16:44 / 08-03-2025
Ağıllı yol nişanları və işıqforlar tətbiq edilir
16:18 / 08-03-2025
Sosial şəbəkələrdə dərin feyk (deepfake) təhlükəsi artır
16:00 / 08-03-2025
Yeni ekoloji vergi siyasətləri tətbiq olunur
15:47 / 08-03-2025
Dron taksilər test mərhələsinə keçir
15:24 / 08-03-2025
Elektrikli avtomobillər üçün yeni şarj stansiyaları açılır
15:00 / 08-03-2025
Şəhərlərdə “yaşıl yollar” layihələri həyata keçirilir
14:39 / 08-03-2025
Kənd təsərrüfatında robotlaşdırılmış yığım sistemləri tətbiq olunur
14:16 / 08-03-2025
Yeraltı avtomobil yolları tikilməyə başlanır
14:00 / 08-03-2025
Alternativ yanacaq növləri populyarlaşır
13:44 / 08-03-2025
Avtonom avtomobillər şəhər yollarında geniş yayılır
13:00 / 08-03-2025
Bu ölkədə də "TikTok" qadağan edildi
12:49 / 08-03-2025
Futbol tarixinin ən bahalı heyəti
12:34 / 08-03-2025
8 Mart ərəfəsində gül bazarında VƏZİYYƏT
12:15 / 08-03-2025
Donetsk bombalandı: dinc sakinlər öldü
12:00 / 08-03-2025
Krana çıxıb özünü atmaq istədi - Bakıda
11:31 / 08-03-2025
Universitet və ləğv edilən qurumların maşınları satışda - SİYAHI
11:11 / 08-03-2025
Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib
10:49 / 08-03-2025
Türkiyə və İranın XİN rəhbərləri görüşdü
10:43 / 08-03-2025
“Krokus”a hücuma göstəriş verən ABŞ-də tutuldu
10:32 / 08-03-2025
Tramp: Mən hələ də Putinə inanıram
10:23 / 08-03-2025
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
09:11 / 08-03-2025
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı təsdiqlənib
Bölməyə aid digər xəbərlər
Tarix: 5-06-2023, 12:44 Oxunub: 173
Bölməyə aid digər xəbərlər
31-05-2023, 17:07
"Gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq" - PREZİDENTİN ÇIXIŞI
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
2-05-2023, 15:20
Baş nazir: "Bu gün böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin kadrlarıyıq"
2-05-2023, 15:20
Baş nazir: "Bu gün böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin kadrlarıyıq"
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
12-12-2022, 08:00
Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
10-05-2021, 21:05
Ordubadın mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO