Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hökumət yenə parlamentdə toplanacaq

Baxış: 278


Milli Məclis daha bir büdcə sənədinə baxacaq.
Sahibkartv.Az-ın məlumatına əsasən, bu ay parlamentin 2021-ci ilin dövlət büdcəsinin icrası barədə hesabatı dinləyəcəyi gözlənilir.
Qeyd edək ki, bir qayda olaraq büdcənin icrası barədə məlumatları maliyyə naziri təqdim edir.
İclaslarda hökumətin iqtisadi blokunda təmsil olunan nazirlər də iştirak edəcəklər.
Bildirək ki, Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyətinə dair hesabat mart ayında parlamentin iclasında müzakirəyə çıxarılıb. Həmin iclasda da baş nazir daxil olmaqla hökumət üzvləri iştirak ediblər. 
Ötən ilin büdcəsinin icrası barədə hesabat isə daha çox gəlir və xərclərin necə bölüşdürülməsi ilə bağlı məsələləri əhatə edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.