ABŞ Prezidenti Co Bayden strateji ehtiyatlardan bazara rekord neft satışını elan edəcək.Sahibkartv.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Ehtiyatlardan altı ay ərzində gündəlik 1 milyon barel neft bazara ötürüləcək. Məqsəd neft qiymətlərini aşağı salmaqdır.
ABŞ administrasiyasının məlumatına görə, ABŞ müttəfiqləri ilə razılaşdırılaraq strateji ehtiyatları satacaq, digər ölkələr də bu addıma qoşulacaq.





































