Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ana və qızı dörd gün liftdə qaldılar - FOTO

Baxış: 277
Çində ana və qızı dörd gün, üç gecə yaşadıqları binanın liftində qalıblar.
“Shanghailist” xəbər verir ki, 84 yaşlı qadın və 62 yaşlı qızı Sian şəhərində yerləşən evlərinin liftində olarkən qurğu xarab olub.
Liftdə yardım düyməsinin və qadınlarda mobil telefonun olmaması səbəbindən ana və qızı kömək çağıra bilməyiblər. Ailənin digər üzvləri həmin vaxt bir neçə günlük şəhər kənarına gediblər.Əlacsız qalan qadınlar dəmir çubuq tapıb, hava girişi təmin etmək üçün qapıları yüngülcə aralaya biliblər. Ancaq su çatışmazlığı problemini mümkün yeganə yolla - öz sidiklərini içməklə həll etməyə məcbur olublar.
Dörd gün sonra, nəhayət, 62 yaşlı qadın liftin qapısı arasındakı boşluq vasitəsilə kömək çağıra bilib. Qadınlar xilas edilərək, xəstəxanaya yerləşdiriliblər. Həkim onların su tələbatlarını ödəyə bildikləri üçün sağ qaldıqlarını deyib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.