Day, Month 00, Year
00: 00: 00 AM
Türkiyədə illik inflyasiya 54 faizə yüksəlib

Türkiyədə illik inflyasiya 54 faizi ötdüyü halda, illik istehsalçı inflyasiyası 105 faiz təşkil edib.
Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb. 
Sahibkartv.az xəbər verir ki, fevralda Türkiyədə illik inflyasiya 54,44 faizə yüksəlib (itehlak qiymətləri indeksi 2021-ci ilin fevral ayı ilə müqayisədə 54,44 faiz artıb).
Məlumatlara görə, istehlak qiymətləri indeksi fevral ayında yanvar ayı ilə müqayisədə 4,81% artıb.
İstehsalçı inflyasiyası (istehsalçı qiymətləri indeksi) isə illik müqayisədə üçrəqəmli səviyyəni qeyd edib. Belə ki, istehsalçı qiymətləri indeksi fevral ayında ötən ilin ilin eyni dövrü ilə müqayisədə 105 faiz artıb. Aylıq istehsalçı inflyasiyası 7,22 faiz təşkil edib.
Fevralda illik baza inflyasiya 44,05 faiz təşkil edib.
İstehlak qiymətləri ilə istehsalçı qiymətləri arasındakı fərq yeni rekord səviyyəyə yüksəlib.


Tarix: 3-03-2022, 11:14 Oxunub: 141


Bölməyə aid digər xəbərlər