Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Fitch” neftin bazar üçün optimal qiymətini açıqlayıb

Baxış: 359
Neftin qiymətinin bir barel üçün 60-70 ABŞ dolları aralığında olması qlobal bazar üçün optimal olacaq.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko deyib.
Mütəxəssisin sözlərinə görə, “Fitch” bu il “Brent” markalı etalon neftin orta qiymətinin bir barel üçün 70 dollar olacağını, 2023-cü ildə isə 60 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.
Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 88,7 civarındadır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.