22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Avropada Covid-19-a yoluxma hallarının artması, ABŞ və Çinin eyni vaxtda dövlətə məxsus anbarlardan milyonlarla barel nefti bazar çıxara biləcəyi ilə bağlı xəbərlər fonunda "qara qızıl" kəskin ucuzlaşıb.
Sahibkartv.az xəbər verir ki, Brent fyuçersləri 3%-dən çox ucuzlaşıb və 80 dollardan da aşağı düşüb.
Məlumata görə, ABŞ Prezidenti Co Baydenin Çinin dövlət başçısı Si Cinpin ilə onlayn danışığı zamanı yanacağın qiymətinin artmasını dayandırmaq üçün strateji ehtiyatlardan birgə satışa dəvət etməsi məlum olub. Bundan sonra neft qiymətləri bir ayın ən aşağı səviyyəsinə düşüb.
Çin Baş nazirinin müavini Han Zhen bazarı sabitləşdirmək üçün "enerji ticarətinin idarə edilməsini gücləndirmək" və "ehtiyatların idarəçiliyi" ilə məşğul olmaq zərurətini bəyan edib.
Analitiklər hesab edir ki, ABŞ strateji neft ehtiyatlarından bir dəfəyə 50 milyon barel satmaq qərarı versə, bu, qiymətləri təxminən 5 dollar aşağı salacaq. Lakin bu tədbirlərin uzunmüddətli təsiri olmayacaq, dövlət neftinin axını dayanan kimi qiymətlər əvvəlki səviyyələrinə qayıda bilər.
Avropada Covid-19-a yoluxma halları kəskin şəkildə artır. Almaniyada son sutka ərzində 52,2 min yeni yoluxma faktı qeydə alınıb. Avstriyada gündəlik yoluxma faktı 10 mindən yuxarı olaraq qalır və pandemiyanın bütün dövrü üçün rekordlar qırır. Əhalinin milyon nəfərinə düşən xəstəliyə görə Avropa Rusiya və ABŞ-ı iki dəfə qabaqlayır.
Vəziyyətin pisləşməsi riski var ki, bu da yaxın aylarda hərəkətlilik səviyyəsinə ciddi zərbə vura bilər. Nəticədə nəqliyyat azalacaq, bu da yanacağa tələbatın azalacağı deməkdir.
Bölməyə aid digər xəbərlər