Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ Əfqanıstanda diplomatik missiyasını davam etdirəcək?

Baxış: 343
ABŞ dövlət katibi Entoni Blinken “Taliban” tərəfindən nəzarət edilən Əfqanıstanda ABŞ-ın diplomatik missiyasının davam etməsi ehtimalının az olduğunu açıqlayıb.
Eyni zamanda o bildirib ki, Əfqanıstanı tərk etmək istəyən və sentyabrın 1-nə qədər çıxmayan insanlara ABŞ-ın yardım göstərməyə davam etmək öhdəliyi qüvvədə qalacaq:
“İnsanların Əfqanıstandan ayrılmağa qərar verdikləri təqdirdə ölkəni tərk etmələrini asanlaşdırmaq üçün yollarımız və mexanizmlərimiz var”.
ABŞ dövlət departamentinin rəhbəri taliblərin 31 avqustdan sonra sərhədləri açıq saxlamaqla bağlı sözünü yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
“İndi, əlbəttə ki, taliblərin sözünə inanmırıq. Onları əməllərinə görə qiymətləndiririk və müşahidə edirik”, - deyə Blinken vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.