Day, Month 00, Year
00: 00: 00 AM
ABŞ hərbçiləri Kabil aeroportuna daxil olmağa çalışan insanlara atəş açıb: Ölənlər var - YENİLƏNİB + VİDEO


ABŞ hərbçiləri Kabildə yerləşən hava limanı ərazisinə daxil olmaq istəyən izdihama atəş açıb.
Bu barədə Pro TV televiziya kanalı məlumat yayıb.
Mənbə qeyd edir ki, hərbçilərin açdığı atəş nəticəsində bir neçə Əfqanıstan vətəndaşı həlak olub, yaralılar var. Lakin ölən və xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.
Məlumatın doğruluğunu hadisə yerindən çəkilmiş kadrlar da təsdiq edir.
Daha əvvəl isə Kabil Beynəlxalq Hava Limanının rəhbərliyi vətəndaşlara müraciət edib.
Müraciətdə vətəndaşlara icazəsiz hava limanı ərazisinə daxil olmağın qəti qadağan edildiyi bildirilib.
ABŞ ordusu böyük bir kütlənin uçuş-enmə zolağına çıxdığı Kabil hava limanında havaya atəş açıb.
Bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.
Belə ki, ABŞ Əfqanıstanda olan vətəndaşlarını təxliyə edərkən havaya xəbərdarlıq atəşi açmağa məcbur olub.
Məlumat üçün qeyd edək ki, ABŞ-ın və Fransanın Əfqanıstandakı səfirlikləri fəaliyyətlərini Kabil hava limanında davam etdirirlər.

https://twitter.com/awvais/status/1427152687775330306?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1427152687775330306%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F520881​​​


Tarix: 16-08-2021, 10:05 Oxunub: 128


Bölməyə aid digər xəbərlər