16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index (GCI) hesabatı dərc edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan reytinqdə mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb. Ölkəmiz ümumilikdə 89.31 xal toplayıb.
Ölkələrin “GCI” indeksinin müəyyən edilməsi məqsədilə müvafiq məlumatların toplanması 2014-cü ildən həyata keçirilir. “GCI” indeksi dövlətlərin kibertəhlükəsizlik səviyyəsini beş əsas sahə üzrə qiymətləndirməklə ranqlaşdırma məqsədi daşıyır:
- Hüquqi tədbirlər (qanunvericilik, tənzimləmə və nəzarət);
- Texniki tədbirlər (CERT, standartlar, sertifikatlaşdırma);
- Təşkilati tədbirlər (siyasət, strategiya, cavabdeh təşkilat, milli qiymətləndirmə);
- Kadr potensialının gücləndirilməsi tədbirləri (standartların işlənməsi, insan resurslarının inkişafı, peşəkarların və təşkilatların sertifikatlaşdırılması);
- Əməkdaşlıq (idarələrarası, idarədaxili, dövlət-özəl sektor, beynəlxalq).
“GCI” indeksi qeyd olunan beş istiqaməti xarakterizə edən 20 indikatoru bir indeksdə birləşdirir.
“Qlobal kibertəhlükəsizlik indeksi 2020” hesabatında Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdədir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan 194 ölkə arasında İsveçrə (42), Tunis (45), İrlandiya (46), İran (54), Gürcüstan (55), İslandiya (58), Rumıniya (62), Sloveniya (67), Çexiya (68) və Ukrayna (78) kimi ölkələri qabaqlayıb. Reytinqdə ilk yerləri isə müvafiq olaraq, ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Estoniya, Koreya Respublikası, Sinqapur və İspaniya bölüşür.
Bölməyə aid digər xəbərlər