Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Hulusi Akardan türkiyəli hərbçilərin Kabildəki hava limana nəzarəti barədə açıqlama


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstanın paytaxtı Kabildə yerləşən Həmid Kərzai adına Beynəlxalq Hava Limanında təhlükəsizliyin türk hərbçiləri tərəfindən qorunmasına dair gözləntilərə münasibət bildirib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
H.Akar qeyd edib ki, Kabildəki hava limanı ilə əlaqədar müzakirələr və təmaslar davam etdirilir.
“Prezidentimizin başçılığı altında danışıqların nəticələrini müzakirə edəcəyik və qərarımız təsdiqini tapdıqdan sonra planımızı həyata keçirəcəyik”, - deyə H.Akar bildirib.
Xatırladaq ki, üç gün öncə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Türkiyənin Əfqanıstanda qalacağını və Həmid Karzai adına hava limanında təhlükəsizliyi qoruyacağını bəyan etmişdi.


Tarix: 2-07-2021, 10:46 Oxunub: 187


Bölməyə aid digər xəbərlər