Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı

Baxış: 126
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı


Almaniyada hökumət əleyhinə etiraz aksiyalarında baş verən iğtişaşlarla əlaqədar 54 nəfər saxlanılıb.
Report məlumatına görə, bu barədə Hessen federal ərazisinin daxili işlər naziri Roman Pozek bildirib.
Saxlanılanlar 13-29 yaşlarındadır.

Ölkənin 30-dan çox şəhərində keçirilən kütləvi nümayişlərdə 160 mindən çox insan iştirak edib. Aksiyalar əvvəlcə dinc xarakterli olub, sonra zorakılığa çevrilib, iştirakçılar avtomaşınları yandırıb və polisə pirotexniki vasitələr atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Frankfurtdakı iğtişaşlar xüsusilə şiddətli olub. Şəhərin mərkəzi, xüsusən məşhur Sayl ticarət küçəsi ətrafındakı ərazi viran qalıb. Şəhərə göndərilən 1 000 polis əməkdaşından 100-dən çoxu yaralanıb.

Pozek və Frankfurtun polis rəisi Ştefan Müllerin sözlərinə görə, "Sayl" ticarət küçəsi ərazisində təcili yardım xidməti işçilərinə qarşı geniş yayılmış məqsədyönlü hücumlar olub. Müller bildirib ki, polis əməkdaşları bəzən pusquya salınıb, qumbaraatanlar və "Molotov" kokteyli də daxil olmaqla silahlardan istifadə edilib. Polisin məlumatına görə, Frankfurtun mərkəzində 17 mağazaya ziyan dəyib, beşi isə talan edilib.

Nazirin sözlərinə görə, hakimiyyət orqanları cinayətkarların cəzalandırılmasını təmin etmək və Frankfurtda noyabrın 20-də planlaşdırılan başqa bir nümayişin qarşısını almaq üçün əlindən gələni edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.