Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi

Baxış: 63
Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi


Türkiyədə CHP (Cümhuriyyət Xalq Partiyası) tərəfindən idarə olunan bələdiyyələri hədəf alan korrupsiya araşdırmaları davam edir.

 Ankarada CHP-nin rəhbərlik etdiyi Etimesgut Bələdiyyəsinə qarşı "tenderləri saxtalaşdırmaq", "hədə-qorxu ilə pul tələb etmək" və "cinayət törətmək üçün təşkilat yaratmaq" ittihamları ilə istintaq başlanıb.

30 iyul tarixində  9 əyalətdə eyni vaxtda əməliyyat başladılıb və 42 bələdiyyə işçisi və 13 şirkət rəsmisi də daxil olmaqla ümumilikdə 55 şübhəli hədəf alınıb. Əməliyyat çərçivəsində Etimesgut bələdiyyə sədri, tanınmış aktyor Erdal Beşikçioğlu da saxlanılıb.  

Ankara Qərbi Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində Etimesgut bələdiyyə sədri Erdal Beşikçioğlu Ankara Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyinə verdiyi ifadədə "rüşvət", "tender saxtakarlığı", "hədə-qorxu" və "müqavilənin icrasına saxtakarlıqla müdaxilə" maddələri ilə ittiham olunub və daha sonra o, həbs edilib.  

 Bələdiyyə binasında, şübhəlilərə məxsus 56 yaşayış yerində, 15 iş yerində və 41 nəqliyyat vasitəsində axtarış və müsadirə əməliyyatları aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.