Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğandan birbaşa savaş mesajı – Kipr döyüş meydanına çevrilir

Baxış: 54
Ərdoğandan birbaşa savaş mesajı – Kipr döyüş meydanına çevrilir


Şərqi Aralıq dənizində geosiyasi gərginliyin artdığı bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiprlə bağlı sərt açıqlaması diqqət çəkib.

Ərdoğan bildirib ki, Türkiyə bölgədə gərginlikdən istifadə edərək Kipri yeni hərbi ittifaqların və geosiyasi hesabların bir hissəsinə çevirmək istəyənlərin bütün addımlarını diqqətlə izləyir.

"Bu səhvi edənlərə bir daha demək istəyirəm ki, tarix boyu olduğu kimi, 52 il əvvəl olduğu kimi, Türkiyə heç vaxt kiprli türkləri tək qoymayacaq", – deyə o vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, hansı bədəl tələb olunmasından asılı olmayaraq, keçmişdə yaşanan faciələrin yenidən təkrarlanmasına heç vaxt imkan verilməyəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.