
Türkiyə polisi “Babala” internet televiziyasının aparıcısı və sosial media fenomeni Oğuzhan Uğuru saxlayıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Zəlzələ dövründə “Ahbap” dərnəyi ilə həyata keçirdiyi fəaliyyətlərə görə tənqidlərin hədəfinə çevrilən O.Uğurun evində də axtarış aparılıb.
Onun saxlanılma səbəbi və araşdırma ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, iyulun 12-də “Ahbap” dərnəyinin sədri, müğənni Haluk Levent və daha bir neçə nəfər həbs olunub. Onlar mütəşəkkil cinayətkar qruplaşma yaratma, dələduzluq və cinayət yolu ilə başqasının əmlakını ələ keçirməkdə ittiham olunurlar.
İddialara əsasən, H.Levent 2020-2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb, bunun 390 milyon lirəsini (təxminən 14 milyon manat) uduzub.







































