
İranın ali liderinin oğlu Müctəba Xameneyi mərhum atası Əli Xameneyinin dəfn mərasimində iştirak etməyəcək.
Bu barədə məlumatı "NBC News" telekanalı yayıb.
Məlumatda bildirilir ki, Müctəba Xameneyi müharibənin ilk günlərində atasının həyatına son qoyan hücum zamanı ağır xəsarətlər alıb. İddialara əsasən, onun üz və bədəninin müxtəlif nahiyələrində ciddi yanıq izləri var, ayağındakı ağır zədələr isə bir neçə cərrahi müdaxilə tələb edir.
"NBC News" qeyd edir ki, Müctəba Xameneyi müharibə başlayandan bəri nə ictimaiyyət qarşısına çıxıb, nə də hər hansı audio müraciətlə çıxış edib. Mənbələrin sözlərinə görə, onun sağlamlıq vəziyyətinin nə dərəcədə ağır olduğu və aldığı xəsarətlərin gələcək fəaliyyətinə hansı təsiri göstərə biləcəyi hələ dəqiq məlum deyil.
Rəsmi Tehran isə telekanalın səsləndirdiyi bu iddiaları indiyədək nə təsdiqləyib, nə də təkzib edib












































