Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Baxış: 45
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb


Nikol Paşinyanın Baş nazir seçildiyi 2018-ci ilin mayından indiyədək Ermənistanın dövlət borcu 110,6% artıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS Ermənistanın Statistika Komitəsinin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, 2018-ci il aprelin 30-na Ermənistanın dövlət borcu 6,87 milyard dollar (təxminən 11,679 milyard AZN), 2026-cı il aprelin 30-na isə 14,46 milyard dollar (təxminən 24,582 milyard AZN) təşkil edib.

Məlumatlara görə, 8 il ərzində daxili borcun kəskin artımı müşahidə olunub. Belə ki, borc 1,26 milyard dollardan (təxminən 2,142 milyard AZN) 7,15 milyard dollara (təxminən 12,155 milyard AZN) çatıb, yəni 467,1% artıb. Eyni dövrdə xarici borc 5,49 milyard dollardan (təxminən 9,333 milyard AZN) 6,68 milyard dollara (təxminən 11,356 milyard AZN) yüksəlib, yəni 21,6% artıb.

Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı il aprelin 1-nə Ermənistanın daimi əhalisi təxminən 3,1 milyon nəfər təşkil edib. Bu o deməkdir ki, Ermənistanın hər bir sakini hazırda təxminən 4665 dollar (təxminən 7930 AZN) borcludur, 2018-ci ilin aprelində isə bu göstərici 2312 dollar (təxminən 3,930 AZN) təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.