Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var

Baxış: 45
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var


Bu gün Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüşü olacaq.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Türkiyənin xarici işlər naziri Fidan hazırda Moskvada səfərdədir. O, prezidentimizlə görüş istəyib. Bu xahiş yerinə yetiriləcək. Prezidentimiz Türkiyə xarici işlər nazirini sabah axşam, təxminən saat 20:00-da Kazanda qəbul edəcək", - Uşakov qeyd edib.

Diplomatik mənbələrin verdiyi məlumata görə, görüşdə Ankara-Moskva münasibətləri ilə yanaşı, Ukrayna, bütövlükdə Yaxın Şərqdəki vəziyyət, Cənubi qafqaz, xüsusən də İrəvanla-Bakı arasındakı sülüh prosesi, Mərkəzi Asiya, qlobal və regional məsələlər müzakirə olunacaq. Görüşdə hmçinin nazir Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanaın mesajlarını Putinə çatdıracaq.

Uşakov qeyd edib ki, Vladimir Putin çərşənbə günü Rusiya-ASEAN sammitinin keçiriləcəyi Kazanda səfərdə olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.