Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Baxış: 45
Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi


Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib.

Report xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır:

"Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq".

Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir. Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər və indi onu imzalamağa keçməlidirlər:

"Azərbaycana gəldikdə, bilirsiniz ki, bizim əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq".

Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında daha da irəliləyiş gözləyir.

Hökumət başçısı nəqliyyat sektorundakı son addımları da yüksək qiymətləndirib və Axalkalaki-Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarına görə minnətdarlığını bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.