Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransada istilər yeddi nəfərin həyatına son qoydu

Baxış: 54
Fransada istilər yeddi nəfərin həyatına son qoydu


Qərbi Avropanın böyük bir hissəsini bürüyən isti hava dalğası Fransada may ayı üçün rekord temperatura səbəb olub.
Fransada may ayının ən yüksək temperaturu bazar ertəsi və çərşənbə axşamı günləri qeydə alınıb. Milli hava xidməti olan Meteo France istiliyin həftənin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib. "The Guardian" qəzetinin yazdığına görə, proqnozlara görə, bəzi bölgələrdə temperatur 39°C-yə qədər yüksələ bilər.

Fransa hökumətinin sözçüsü Maud Brejon TF1 televiziyasına verdiyi açıqlamada bildirib ki, istidən birbaşa və ya dolayı yolla yeddi ölüm hadisəsi qeydə alınıb.(Teleqraf)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.