Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu ölkədə güclü zəlzələ təhlükəsi: Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Baxış: 54
Bu ölkədə güclü zəlzələ təhlükəsi: Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ


Yaponiyada yaxın vaxtlarda güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Yaponiya hökumətinin Zəlzələlərin Tədqiqi Komitəsinin mütəxəssisləri açıqlama veriblər. Məlumat Yaponiyanın NHK televiziya kanalı və digər yerli media orqanlarında yayılıb.

Bildirilib ki, ölkənin şimal-şərqində yerləşən Aomori prefekturası sahillərində müşahidə olunan geoloji proseslər seysmoloqları narahat etməyə başlayıb. Ekspertlərin sözlərinə görə, bölgədə tektonik plitələrin hərəkəti ilə bağlı “yavaş sürüşmə” (slow slip) adlanan proses sürətlənib.

Yapon alimləri qeyd edirlər ki, bu cür proseslər bəzi hallarda daha böyük və dağıdıcı zəlzələlərin xəbərçisi hesab olunur. Xüsusilə də aprelin 20-də Aomori sahillərində qeydə alınan 7,7 bal gücündə zəlzələdən sonra bölgədə geoloji aktivliyin artdığı bildirilir.

Mütəxəssislərin fikrincə, tektonik plitələrin yerdəyişməsi daha da intensivləşərsə, 7 və hətta 8 baldan yuxarı gücə malik zəlzələlərin baş vermə ehtimalı artır.

NHK-nın məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi və hökumətin seysmoloji qurumları vəziyyəti xüsusi nəzarətdə saxlayır. Yerli hakimiyyət orqanlarına mümkün fövqəladə vəziyyətə hazır olmaq tapşırılıb.

Qeyd edək ki, Yaponiya dünyada seysmik aktivliyin ən yüksək olduğu ölkələrdən biridir. Ölkə Sakit okean “Od halqası” adlanan seysmik zonada yerləşdiyi üçün burada tez-tez güclü zəlzələlər baş verir.

Xatırladaq ki, 2011-ci ildə Yaponiyanın şimal-şərqində baş verən 9 bal gücündə zəlzələ və sunami nəticəsində on minlərlə insan həlak olmuşdu. Həmin fəlakət “Fukusima-1” Atom Elektrik Stansiyasında böyük qəzaya səbəb olmuşdu./yenisabah/

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.