Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əraqçi Ağ Evlə danışıq aparmaq üçün İslamabaddadır

Baxış: 54
Əraqçi Ağ Evlə danışıq aparmaq üçün İslamabaddadır


İranın xarici işlər naziri Abbas Əraqçi ötən axşam İslamabada səfər edib.

  “Pars Today”a xəbər verir ki, İranın xarici işlər naziri  Əraqçinin İslamabadda  həm Pakistan rəsmiləri, həm də ABŞ nümayəndə heyəti ilə görüşü keçirəcək.
Əraqçinin İslamabaddan sonra Oan paytaxtı Maskat və oradan isə Moskvaya səfər edəcək.
ABŞ nümayəndə heyətinin üzvləri  Stiv Uitkoff və Cared Kuşner şənbə günü İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İslamabada getməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Tramp isə “Reuters”ə bildirib ki, İran ABŞ-ın tələblərini ödəmək üçün təklif verməyi planlaşdırır.

O, təklifin nə olacağını hələ bilmədiyini söyləyib. O, istənilən razılaşmanın İranın zənginləşdirilmiş urandan imtina etməsini və Hörmüz boğazından neftin sərbəst hərəkətinə icazə verməsini özündə ehtiva etməsində israr edir.
Tramp ABŞ ordusunun razılaşma əldə olunana qədər İran limanlarını blokadada saxlayacağına israr edib.

Blokadanı qaldırmaq üçün nəyin lazım olduğu soruşulduqda, Tramp belə cavab verib: "Bu suala daha sonra cavab verə bilərəm. Onların nə təklif etdiyini görməliyəm".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.