Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran kəşfiyyatında şok itki: General-mayor Məcid Xademi öldürüldü

Baxış: 54
İran kəşfiyyatında şok itki: General-mayor Məcid Xademi öldürüldü


İran hərbi və kəşfiyyat strukturlarına ağır zərbə vurulub. ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının rəhbəri, general-mayor Məcid Xademi həyatını itirib.

Milli.az xəbər verir ki, mənbələr generalın öldürülməsini Tehranın regional təhlükəsizlik və kəşfiyyat şəbəkəsinə vurulan ciddi zərbə kimi qiymətləndirirlər. Məcid Xademi İranın kəşfiyyat əməliyyatlarının idarə olunmasında və daxili təhlükəsizliyin təmin edilməsində ən əsas fiqurlardan biri hesab olunurdu.

​Analitiklərin fikrincə, yüksək rütbəli hərbçinin məhv edilməsi regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandıra bilər. Bu hadisə həm də İranın hərbi rəhbərliyinin hədəfə alınması strategiyasının növbəti mərhələsi kimi görünür. Tehranın bu itkiyə hansı formada cavab verəcəyi dünya gündəminin əsas sualına çevrilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.