Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi

Baxış: 90
Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi


Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi

Prezident Məsud Pezeşkianın qonşularına dostluq əli uzatması jesti ABŞ prezidenti Donald Tramp tərəfindən dərhal rədd edildi.

Bunu İranaın xarici işlər naziri Abbaa Əraqçi X sosial şəbəkəsində yazıb. 
"Prezident Pezeşkianın bölgəmizdə qonşularımızın hava məkanı, ərazisi və suları İran xalqına hücum etməmək şərti ilə gərginliyin azaldılma  istiqamətindəki  mövqeyi Prezident Trampın imkanlarımızı, qətiyyətimizi və niyyətlərimizi səhv etməsi nəticəsində demək olar ki, dərhal məhv edildi", -Əraqçi yazıb.

O əlavə etdi ki, əgər Tramp gərginliyin artmasına çalışırsa,  güclü Silahlı Qüvvələrimizin çoxdan hazırdırlar və onlar bunun cavabını alacaqlar.
Əraqçi qeyd edib ki, İranın özünümüdafiə hərəkətlərinin intensivləşdirilməsinə görə məsuliyyət birbaşa ABŞ administrasiyasının üzərinə düşəcək.

Nazir onu da  vurğulayıb ki, Trampın bir həftəlik macərası gənc əsgərlərin həyatını nəzərə almasaq, ABŞ ordusuna artıq 100 milyard dollara başa gəlib. “Bazarlar yenidən açıldıqda, bu xərc kəskin şəkildə artacaq və birbaşa adi amerikalıların çiyinlərinə düşəcək”, - deyə o bildirib. 

Əraqçi vurğulayıb ki, 18 ABŞ kəşfiyyat orqanının maraqlarını təmsil edən Trampın Milli Kəşfiyyat Şurası İranla müharibənin uğursuzluğa məhkum olduğu qənaətinə gəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.