Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ruslar Donbasın işğalı üçün daha 800.000 əsgər itirməlidir - Zelenski

Baxış: 81
Ruslar Donbasın işğalı üçün daha 800.000 əsgər itirməlidir - Zelenski


Moskvanın əsas tələblərindən biri Ukrayna qoşunlarının Donetsk vilayətinin şərqində nəzarət etdikləri ərazilərdən çıxarılmasıdır. 

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Abu-Dabidə sülüh danışıqları barədə mövqeyini açıqlayarkən deyib. 

"Rusiya bizim Donbası tamamilə tərk etməyimizi istəyir. Ukraynalılar bu torpağın hər metrinin, hər kilometrinin Rusiya ordusuna nəyə başa gəldiyini çox yaxşı başa düşür. Onlar ölüləri saymırlar. Şərqi Ukraynanı işğal etmək üçün daha 800.000 əsgər itiməlidirlər. Onlara ən azı iki il lazım olacaq və çox yavaş irəliləyiş olacaq. Məncə, onlar bu qədər uzun müddət dözməyəcəklər", - Zelenski qeyd edib.

Zelenski qeyd edib ki, cəbhə xəttinin dondurulması artıq Ukrayna tərəfindən güzəştdir:
"Əgər dondurulmuş münaqişədən danışırıqsa və mövqelərimizi qoruyuruqsa, bu, artıq bizim tərəfimizdən böyük bir güzəştdir. Rusların fasiləyə ehtiyacı var. Əgər demilitarizasiya zonasından danışırıqsa, öz tərəfimizə nəzarət etməliyik".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.