Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…

Baxış: 99
Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…


Avropa İttifaqına (Aİ) qoşulmaq qərarı Ermənistan xalqının seçimidir, lakin İrəvan iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilən Aİ-nin mahiyyətindəki dəyişiklikləri nəzərə almalıdır.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. 

“Əgər onlar nə vaxtsa rəsmi olaraq bu cür danışıqlara başlasalar, bu, uzun illər çəkəcək. Əlbəttə ki, Aİ özünün dinamikasına, nəyə çevrildiyinə baxmalıyıq. Əlbəttə ki, burada da bu gün Avropa Komissiyasından və Brüsseldən gələn bəyanatları izləməliyik. Bu bəyanatlar Aİ-nin iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilməsi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Avropa İttifaqının mahiyyəti gözümüzün qabağında dəyişir”, - o qeyd edib.
Overçuk daha sonra əlavə edib: “Ermənilər hazırda Rusiyaya qarşı çox aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər də özlərinə bu sualı verməli olacaqlar".

 Overçuk onu da qeyd edib ki, bu məsələ həm  Moskvada, həm də  İrəvanda çox müzakirə olunub. “Paşinyan bu barədə danışıb: hamı başa düşür ki, Ermənistan eyni vaxtda iki inteqrasiya birliyinin üzvü ola bilməz”, - Overçuk yekunlaşdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.