Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

NATO Baş katibindən şok etiraf: ABŞ-a arxalanma dövrü bitdi

Baxış: 108
NATO Baş katibindən şok etiraf: ABŞ-a arxalanma dövrü bitdi


“Avropa hazırda öz müdafiə sənayesini qurur və bu, olduqca vacibdir. Lakin hazırkı vəziyyətdə Ukrayna bu gün özünü müdafiə etmək və sabah çəkindirmə qabiliyyətini təmin etmək iqtidarında deyil".

Bunu NATO Baş katibi Mark Rutte Avropa Parlamentinin  Təhlükəsizlik və Müdafiə Komitəsi və Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı deyib.

Müdafiə sahəsinə investisiya qoyuluşunun vacib olduğunu  qeyd edən Baş katibin sözlərinə görə, bu tez bir zamanda həyata keçirilməlidir. “Çünki  qlobal  təhlükəsizlik məsələsində yaranmış vəziyyət bunu tələb edir. " Danışdığımız zaman belə, təhlükəsizliyimizə qarşı real və davamlı təhdidlərlə üzləşirik ", - Rutte qeyd edib.

Rutte onu da əlavə edib ki,  artıq ABŞ-ın ortaq təhlükəsizlik yükünün əksəriyyətini daşımasına icazə verildiyi dövr başa çatıb: "Avropa və Kanadanın öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşıması ədalətli və uyğundur".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.