Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Özbəkistanlı milyonçu ölkəsi üçün vaksin alacaq

Baxış: 321
Özbək əsilli Rusiya milyonçusu Əlişir Usmanov Özbəkistan üçün yarım milyon doza həcmində koronavirus vaksini alacaq.
“Vestnikavkaza” portalının məlumatına görə, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev bəyan edib.
O bildirib ki, ölkəyə yaxın günlərdə bir milyon dozalıq “Sputnik V” peyvəndi gətiriləcək ki, onun da təqribən yarısı Usmanovun vəsaiti hesabına alınacaq.
Xatırladaq ki, ötən ilin aprel ayında milyonçu Özbəkistanın “Sağlamlıq və mərhəmət” fonduna 20 milyon dollar ianə edib. İyul ayında isə o, fondun hesabına daha 10 milyon dollar əlavə vəsait köçürüb.
Qeyd edək ki, adıçəkilən fond Özbəkistanda koronavirusla mübarizə məqsədilə Səhiyyə Nazirliyi nəzdində yaradılıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.