Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Makrondan Vaşinqton və Pekinə ağır ittihamlar

Baxış: 81
Makrondan Vaşinqton və Pekinə ağır ittihamlar


Fransa prezidenti Emmanuel Makron ABŞ və Çini beynəlxalq öhdəliklərə sadiq qalmamaqda və Avropanın maraqlarını açıq şəkildə tapdalamaqda ittiham edib.

Makronun sözlərinə görə, ABŞ artıq formalaşmış və güclü dövlət olsa da, son illər tədricən bəzi müttəfiqlərindən uzaqlaşır və vaxtilə özü təşviq etdiyi beynəlxalq qaydalardan imtina edir. Fransa lideri bunu xüsusilə ticarət və təhlükəsizlik sahələrində açıq şəkildə hiss olunduğunu bildirib.

Makron Çinlə bağlı mövqeyində isə daha sərt ifadələr işlədib. Onun sözlərinə görə, hələ də yüksəliş mərhələsində olan Çin getdikcə daha nəzarətsiz və aqressiv kommersiya siyasəti aparır və bu yanaşma hazırda Avropa iqtisadiyyatını birbaşa sarsıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.