Aralıq dənizində böyük oyun: Ankaranın cavab planı
Tarix: 26-12-2025, 09:11
/
Baxış: 513
Şərqi Aralıq dənizində İsrail, Yunanıstan və Kipr arasında güclənən hərbi-siyasi əməkdaşlıq Ankarada ciddi narahatlıq doğurur. Rəsmi olaraq təhlükəsizlik və enerji maraqları ilə əsaslandırılan bu ittifaqın əsas hədəfinin Türkiyə olduğu açıq görünür. Ankara isə bu prosesə emosional yox, çoxşaxəli və balanslı strategiya ilə cavab verməyə hazırlaşır.
Birincisi, Türkiyənin əsas xətti birbaşa qarşıdurmadan qaçmaqdır. Ankara Avropa İttifaqı daxilində İsrailin Aralıq dənizində dominant mövqeyinə skeptik yanaşan ölkələrlə əlaqələri gücləndirəcək, NATO çərçivəsində isə Türkiyənin region üçün əvəzsiz aktor olduğunu ön plana çıxaracaq. Məqsəd Türkiyənin təcridinə imkan verməməkdir. Ümumiyyələ Ankaranın bölgədə təcridini düşünmək sadəlövhlük olar. Bunu sadəcə Ankaranın yeni dünya düzəninda ortaya çıxan gücünı qısqanclıqla yanaşan güclərin istəyi ola bilər. Bu istəklər də bəyanatlardan və cəhdlərdən o yana keçə bilməz. Ankara belə oyunları pozub və bundan sonra da pozacaq. Necə ki, bundan öncə bu üç ölkə Şərqi Aralıq dənizindən “EastMed” qaz layihəsini reallaşdırmaq istiqamətində hətta saziş imzaladılar. Hətta Vaşinqton da bu layihəni dəstəklədi. Lakin qısa zamandan sonra ABŞ İsrail, Kipr və Yunanıstanı “EastMed” layihəsinin ancaq Türkiyə üzərindən reallaşa biləcəyinin mükünlüyünü bəyan edərək layihəyə dəstək verməkdən imtina etdi.
İkincisi, Türkiyə Aralıq dənizində hərbi varlığını qoruyacaq və gücləndirəcək. Donanmanın aktivliyi, hava-dəniz təlimləri və pilotsuz sistemlər vasitəsilə nəzarət mexanizmləri Ankaranın əsas çəkindirmə alətləri olacaq. Bu, qarşı tərəfə açıq mesaj olacaq ki, Türkiyəni bu cür cəhdlərlə nə Yaxın Şərqdən, nə də Şərqi Aralıq dəzinindəki maraqlarından heç cür geri çəkindirmək mümkün olmayacaq. Çünki indiyədək hətta NATO-dakı bəzi ölkələr Yunanıstan və Kipr vasitəsi ilə belə cəhdlərə əl atıb, amma istənilən cəhd nəticədə iflasa uğrayıb.
Üçüncüsü, Ankara İsrail qazının Avropaya çıxışı üçün ən real və ucuz marşrutun məhz Türkiyə üzərindən keçdiyini gündəmdə saxlayacaq. Eyni zamanda Azərbaycan, Orta Asiya və Körfəz ölkələri ilə enerji əməkdaşlığı dərinləşdiriləcək. Bu yanaşma İsrail-Yunanıstan-Kipr xəttinin enerji əsaslı planlarını zəiflədir.
Dördüncüsü, Türkiyə Liviya başda olmaqla Yaxın Şərq və Şimali Afrikada mövcud mövqelərini möhkəmləndirəcək. Bu, Aralıq dənizində Ankaranın əhatə dairəsini genişləndirərək rəqib blokun manevr imkanlarını məhdudlaşdırır.
Beşincisi, Ankara Vaşinqtonla açıq qarşıdurmaya getməsə də, Yunanıstan və Kiprin həddindən artıq silahlandırılmasına etirazını davam etdirəcək. Paralel olaraq Türkiyə beynəlxalq mediada özünü eskalasiyanı yox, regional balansı qoruyan aktor kimi təqdim edəcək.
Türkiyənin cavabı hərbi qarşıdurma deyil, strateji balans və çəkindirmə olacaq. Ankara nə İsrail mərkəzli ittifaqın diktəsini qəbul edəcək, nə də Aralıq dənizində belə planların reallaşmasına imkan verəcək. Mövcud proseslər göstərir ki, Türkiyəni nəzərə almadan qurulan regional təhlükəsizlik arxitekturası uzunömürlü ola bilməz.
Digər xəbərlər
Xəbər lenti
12:00
21-03-2026
21-03-2026
11:36
21-03-2026
21-03-2026
09:36
21-03-2026
21-03-2026
09:26
21-03-2026
21-03-2026
09:00
21-03-2026
21-03-2026
21:48
20-03-2026
20-03-2026
21:18
20-03-2026
20-03-2026
20:43
20-03-2026
20-03-2026
20:33
20-03-2026
20-03-2026
20:16
20-03-2026
20-03-2026
19:44
20-03-2026
20-03-2026
19:34
20-03-2026
20-03-2026
19:14
20-03-2026
20-03-2026
18:51
20-03-2026
20-03-2026
18:31
20-03-2026
20-03-2026
18:21
20-03-2026
20-03-2026
17:49
20-03-2026
20-03-2026
17:33
20-03-2026
20-03-2026
17:17
20-03-2026
20-03-2026
16:53
20-03-2026
20-03-2026
16:23
20-03-2026
20-03-2026
15:46
20-03-2026
20-03-2026
15:17
20-03-2026
20-03-2026
15:00
20-03-2026
20-03-2026
10:17
20-03-2026
20-03-2026
10:06
20-03-2026
20-03-2026
10:01
20-03-2026
20-03-2026
09:57
20-03-2026
20-03-2026
09:53
20-03-2026
20-03-2026
Ən çox baxılanlar
Sahibkarlıq
2026 qlobal savaşında enerji, ticarət və kənd təsərrüfatının yeni balansı
20-03-2026 22:11
/
153
Tikinti sektorunda enerji xərclərinin təsiri
20-03-2026 21:48
/
126
Enerji böhranı və kənd təsərrüfatı istehsalının planlanması
20-03-2026 21:18
/
135
Neft qiymətləri və dünya ticarətinin gələcəyi
20-03-2026 20:43
/
144
Savaş illərində enerji bazarının qlobal təsiri
20-03-2026 20:33
/
135
Yanacaq qiymətləri və kənd təsərrüfatı logistikasının dəyişməsi
20-03-2026 20:16
/
144








































