Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Miqrantlar üçün “hədiyyə” - 3000 dollar, pulsuz təyyarə bileti...

Baxış: 54
Miqrantlar üçün “hədiyyə” - 3000 dollar, pulsuz təyyarə bileti...


ABŞ hakimiyyəti ölkədəki qanunsuz miqrantların sayını azaltmaq üçün stimullaşdırıcı tədbirləri genişləndirib.  

“Bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Bildirilir ki, bu tədbirlərdən biri də könüllü deportasiya proqramıdır. 

Proqram çərçivəsində ilin sonunadək ölkə ərazisini tərk etməyə razılaşan qanunsuz miqrantlar üçün ödəniş məbləği 3 dəfə artırılaraq 3000 ABŞ dollarına çatdırılıb. Proqram həmçinin həmin şəxslərin öz ölkələrinə pulsuz təyyarə bileti ilə təmin edilməsini nəzərdə tutur.

Bununla hökumət dövlətin xərclərini azaltmağa çalışır. Belə ki, ABŞ-də qanuni statusu olmayan bir nəfərin həbs, saxlanma və deportasiya edilməsinə çəkilən xərc orta hesabla təxminən 17 min dollar təşkil edir. 

“Ölkədə qanunsuz yaşayan əcnəbilər bu hədiyyədən istifadə edib könüllü deportasiya etməlidirlər. Əgər bunu etməsələr, biz onları tapacağıq, həbs edəcəyik və onlar heç vaxt geri qayıda bilməyəcəklər”, - ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.