
Fransa dənizçilik imkanlarını artırmaq üçün yeni təyyarədaşıyan gəmi inşa edəcək.
Bunu Fransa prezidenti Emmanuel Makron Əbu-Dabidəki hərbi bazada toplaşan Fransa hərbi rəsmiləri qarşısında çıxışı zamanı deyib.
Sözügedən PANG kimi tanınan yeni nəsil təyyarədaşıyan gəmi, mövcud Şarl de Qoll gəmisini əvəz etmək üçün hazırlanır. Hərbi qanun layihəsinə əsasən, gəminin 2038-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Makron onu da əlavə edib ki, Fransa büdcə qeyri-müəyyənliyinə və hökumətin xərcləmə danışıqlarının gecikməsinə baxmayaraq, genişmiqyaslı hərbi proqrama başlamaq qərarına gəlib. Layihə yeni nəsil təyyarədaşıyan gəminin inşasını nəzərdə tutur.
Qərar çətin büdcə vəziyyəti və hökumətin xərcləmə prioritetləri ilə bağlı müzakirələr fonunda qəbul edilib.
BƏƏ-də yerləşən Fransa qoşunları dənizdə narkotik qaçaqmalçılığına qarşı patrul xidmətlərində iştirak edir. Onlar həmçinin Yəmən husi gəmilərinə edilən hücumlara cavab olaraq Qırmızı dənizə göndərilən Aİ dəniz qüvvələri əməliyyatı olan Aspides əməliyyatında və İraq və Suriyada İŞİD-in qarşısını almaq məqsədi daşıyan Çammal əməliyyatında iştirak edirlər.
































