Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ankaradan XƏBƏRDARLIQ: Bu halda Türkiyə hərbi müdaxilə edəcək

Baxış: 54
Ankaradan XƏBƏRDARLIQ: Bu halda Türkiyə hərbi müdaxilə edəcək


"Terrorsuz Türkiyə" prosesində təkcəTürkiyə deyil, eyni zamanda İraq və Suriyadakı  PKK-nın  qolu olan YPG/PYD məsələsi də bunun tərkib hissəsi kimi  nəzərdən keçirilir.

Bunu Türkiyə parlamentinin deputatı Əbdürrəhman Babacan deyib.
Türkiyənin İsrailin Suriyadakı müəyyən qrupları qızışdırmaq səylərindən xəbərdar olduğunu və onları izlədiyini deyən Babacan bildirib ki, Türkiydə olduğu kimi, Suriya və İraqdakı kürdlər bu coğrafiyanın və bu ölkənin ortaq şərəfini, ortaq tarixi və mədəni quruluşunu təmsil edirlər.
Bununla belə Babacan PKK-nın Suriya qolu olan YPG-yə İsrail ilə hər hansı bir təşəbbüsdə iştirak etməmək barədə açıq bir xəbərdarlıq edərək deyib ki, onlar qırmızı xətləri keçəcəyi təqdirdə Türkiyənin hərbi müdaxilə edəcək:

“YPG-nin İsraillə əlaqə qurması Türkiyənin qırmızı xəttini aşır. Türkiyə ora müdaxilə edəcək. Qətiyyətlə müdaxilə edəcək. Və biz bunu bütün tərəflərə, Amerika administrasiyasına, Mərkəzi Silahlı Qüvvələr Komandanlığına bildirmışık”. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.