Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı - Fotolar

Baxış: 63
O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı - Fotolar


ABŞ Ədliyyə Nazirliyi onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteynlə bağlı yeni sənədləri ictimaiyyətə açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, sənədlərdə pop musiqisinin əfsanəsi Maykl Ceksonun şəkli diqqət çəkib.

Bu sənədlərdə Epşteynin məşhur şəxslərlə əlaqəli olduğu düşünülən çoxsaylı şəkillər yer alır.

ABŞ-də qüvvəyə minən Epşteyn Faylları Şəffaflığı Qanununa əsasən, Ədliyyə Nazirliyi yüz minlərlə səhifəlik sənədləri tədricən yayımlamağa başlayıb. Sənədlərə fotoşəkillər, zəng qeydləri, telefon danışıqları və digər materiallar daxildir. Epşteynin keçmiş prezidentlər, iş adamları və məşhur şəxslərlə birlikdə olduğu bəzi şəkillər ictimaiyyətin diqqətini cəlb edib.

Dərc olunmuş fayllarda bir neçə fotoşəkildə Maykl Cekson Ceffri Epşteynlə birlikdə görünür. Həmçinin, qismən yayımlanan sənədlərdə Pop Kralının ABŞ-nin keçmiş Prezidenti Bill Klintonla birlikdə çəkilmiş şəkli də var.

Qeyd edilir ki, bu fotolar peşəkar əlaqələri, cinayətkar münasibətləri və ya digər ittihamları rəsmi sübut kimi göstərmir.

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.