Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə son 24 saat ərzində 97 nəfər koronavirusdan vəfat edib

Baxış: 317
Türkiyədə son 24 saat ərzində 97 nəfər koronavirusdan vəfat edib.
“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, sutka ərzində ölkə miqyasında 129.630 COVID-19 testi həyata keçirilib və 7763 yeni yoluxma faktı aşkarlanıb.
Sağalanlara gəlincə, 8108 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb ki, bununla da, indiyədək virusdan sağalanların sayı 2.461.204 nəfərə yüksəlib.
Bütövlükdə, Türkiyə üzrə bugünədək 31.289.306 test həyata keçirilib ki, onların 2.572.190-ı pozitiv çıxıb. Ölkədə yeni növ koronavirusdan ölənlərin ümumi sayı isə 27.284-ə çatıb.
Hazırda 1250 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.