
Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.
Zelenski özü bu səfəri təsdiq edib.
Zelenski səfərlə bağlı bunları qeyd edib:
"Sabah Türkiyədə görüşlər keçirəcəm. Müharibənin bitməsi üçün mümkün olan hər şeyi etmək Ukraynanın əsas prioritetidir. Biz İstanbul danışıqlarını canlandırmağa hazırlaşırıq".
O eyni zamanda Rusiya ilə hərbi əsirlərin dəyişdirilməsi istiqamətində danışqılar getidiyni təsdiqləyib.
"Biz həmçinin hərbi əsirlərin mübadiləsini bərpa etmək və hərbi əsirlərimizi vətənə gətirmək üçün çalışırıq ", - vurğulayıb.

































