Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran nüvə proqramı ilə bağlı “son söz”ünü dedi - FOTO

Baxış: 300
İranın Ali lideri Əli Xamenei bəyan edib ki, ABŞ və Avropa ölkələri nüvə proqramı ilə bağlı İran qarşısında şərt qoya bilməz.  
“RİA Novosti” xəbər verir ki, bu barədə İran rəhbəri özünün “Twitter” səhifəsində yazıb.
“Nüvə proqramı məsələsində şərt irəli sürmək hüququ olan tərəf İrandır. Belə ki, yalnız İran sazişin bütün tələblərinə əməl edib. ABŞ və üç Avropa ölkəsi (Britaniya, Fransa və Almaniya – red.) isə bütün öhdəliklərini pozub”, - deyə Xamenei bildirib.
Ali rəhbər həmçinin qeyd edib ki, ABŞ sözdə deyil, əməldə sanksiyaları aradan qaldırdıqdan sonra İran nüvə sazişinə geri dönəcək.
Qeyd edək ki, Xameneinin bəyanatı sosial şəbəkədə “son söz” heşteqi ilə paylaşılıb.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ rəsmiləri nüvə proqramı ilə əlaqədar ilk addımın İran tərəfindən atılmasının vacibliyini bəyan ediblər.


 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.