Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Süni intellekt insanları işsiz qoyacaq” - Mask

Baxış: 143
“Süni intellekt insanları işsiz qoyacaq” - Mask


Amerikalı milyarder və sahibkar İlon Mask bildirib ki, yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacaq və insanlar artıq işləməyə ehtiyac duymayacaqlar.

“O bu fikirləri “Amazon” şirkətinin 600 min əməkdaşının robotlarla əvəzlənməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.

O, investor Ceyson Kalakanisin sosial şəbəkədəki paylaşımına cavab olaraq qeyd edib ki, süni intellekt və robotlar insanların bütün iş yerlərini əllərindən alacaq:

“İşləmək artıq məcburi olmayacaq”.

Onun fikrincə, gələcəkdə robotlar sayəsində insanlar istədikləri hər bir fəaliyyətlə məşğul ola biləcəklər:

“Məsələn, tərəvəzləri mağazadan almaq əvəzinə, özləri yetişdirə biləcəklər”.(Qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.