Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Minlərlə işçisi olan avtomobil nəhəngi iflas etdi

Baxış: 147
Minlərlə işçisi olan avtomobil nəhəngi iflas etdi


Çinli elektrikli avtomobil istehsalçısı Neta Auto rəsmi olaraq iflas prosesinə daxil olub. Bir vaxtlar Toyota tərəfindən satın alınacağı iddia edilən şirkət, 10 mindən çox işçiyə malik idi.

şirkət bir neçə ay əvvəl iflas üçün müraciət edib, lakin ilk müraciət qəbul edilməyib. Son mərhələdə rəsmi iflas proseduru başladılıb. Bu hadisə, avtomobil bazarında xüsusilə Çin markaları arasında gedən aqressiv qiymət müharibəsinin nə qədər ciddi nəticələr doğurduğunu göstərdi.

Neta Auto, Tayland hökuməti ilə əldə etdiyi razılaşmaya əsasən, 2025-ci ildə 19 min elektrikli avtomobil istehsal etməli idi. Ancaq şirkət indiyə qədər cəmi 4 min ədəd avtomobil istehsal edə bilib. Xüsusilə Neta S sedan modeli ilə tanınan şirkət, maliyyə təzyiqləri səbəbindən istehsalı davam etdirə bilməyib.

Mütəxəssislər bildirirlər ki, Neta Auto-nun iflası təkcə bir şirkətin çöküşü deyil, həm də Çinin elektrikli avtomobil bazarında amansız rəqabətin və qlobal tənzimləmə təzyiqlərinin avtomobil sənayesində yeni bir dövrün başlanğıcı olduğuna işarədir. Artan xərclər, azalan mənfəət marjları və agresiv qiymət siyasətləri yaxın zamanda başqa istehsalçıların da iflas riski ilə üz-üzə qala biləcəyini göstərir.(milli.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.