Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Trampla Putinin Türkiyədə görüşü... - Ankaradan açıqlama

Baxış: 158
Trampla Putinin Türkiyədə görüşü... - Ankaradan açıqlama


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Türkiyədə görüş yaxın vaxtlarda baş tuta bilər.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyasından “ria.ru”ya bildirilib. 

Açıqlama verən mənbə söyləyib ki, belə bir görüş planlaşdırılsa da, hələlik konkret tarixlər və ya vaxt çərçivələri yoxdur. 

"Konkret vaxt çərçivələri yoxdur, biz bunun tezliklə olacağını gözləyirik. Amma konkret tarixlər yoxdur", -  Türkiyə Prezidentinin Administrasiyasında mənbə deyib.

O həmçinin vurğulayıb ki, Türkiyə hakimiyyəti Rusiya və Ukrayna arasında danışıqların yeni raundunun keçirilməsi ilə bağlı hələlik məlumat daxil olmayıb. Ankara təmsilçisi əlavə edib ki, Türkiyə istənilən vaxt bu məsələdə vasitəçiliyini bərpa etməyə hazırdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.