Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bayden prezidentlikdən sonra necə yaşayır?

Baxış: 181
Bayden prezidentlikdən sonra necə yaşayır?


ABŞ-ın keçmiş prezidenti Co Bayden prezidentlikdən sonra sadə həyat tərzi sürür, dəbdəbədən uzaq durur və kommersiya reyslərindən istifadə edir. 

 Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" nəşri məlumatlı mənbələrə istinadla xəbər verib.

Nəşrin məlumatına görə, hazırda onun ixtiyarında iki nəfərdən çox olmayan köməkçi heyəti və ABŞ Gizli Xidmətinin kiçik bir mühafizə qrupu var.

Məqalədə qeyd olunur ki, o, lüksə və keçmiş dövlət başçıları ilə tez-tez əlaqələndirilən imtiyazlı şəraitə üstünlük vermədən kommersiya reysləri ilə səyahət edir.

Bu ilin may ayında "Əsli günah: prezident Baydenin zəifləməsi, onun gizlədilməsi və yenidən namizəd olmaq barədə fəlakətli qərar" adlı kitab nəşr olunub. Kitabın müəllifləri jurnalistlər Ceyk Təpper və Aleks Tompsondur.

Onlar əvvəlki administrasiyada Ağ evdə çalışan mənbələrə istinad edərək iddia ediblər ki, Bayden 2024-cü ilə qədər fövqəladə vəziyyətlərdə öz vəzifələrini yerinə yetirmək qabiliyyətini itirib və hətta kabinetin qapalı iclaslarında belə qeyd kağızlarından istifadə edib.

İyulun 20-də konqresmen Bayron Donalds açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və sabiq prezidentin həyat yoldaşı Cill Bayden konqresə çağırılmalı və keçmiş dövlət başçısının iddia edilən kognitiv sağlamlıq problemləri ilə bağlı istintaq çərçivəsində ifadə verməlidirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.