Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyada sərnişin təyyarəsi yoxa çıxıb

Baxış: 179
Rusiyada sərnişin təyyarəsi yoxa çıxıb


Rusiyanın Amur vilayətində göyərtəsində 50-dək sərnişinin olduğu An-24 sərnişin təyyarəsi yoxa çıxıb.

Məlumatı Amir vilayətinin  qubernatoru Vasili Orlov  təsdiqləyib.

Qubernatorun sözlərinə görə, təyyarədə beşi uşaq və altı ekipaj üzvü olmaqla 43 sərnişin olub.

Təyyarə Anqara Hava Yollarına məxsusdur və Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə uçub. Son təyinat yerinə yaxın olan təyyarə təhlükəsizlik yoxlamalarından keçə bilməyib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda təyyarə ilə əlaqə yoxdur.

Təyyarənin axtarışı üçün xilasedicilər Amur vilayətinin Tındinski rayonuna göndərilib. 
Baza Telegram kanalının məlumatına görə , təyyarə ilk cəhddə yerə enə bilməyib və ikinci dəfə dövrə vurub, bundan sonra onunla əlaqə kəsilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.