Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Makron öz əli ilə Ərdoğana məktub yazıb: “Dəyərli Tayyib...”

Baxış: 337
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən qayıdarkən təyyarədə maraqlı açıqlamalar verib.
“Sabah” qəzetinin verdiyi məlumata görə, XİN rəhbəri bildirib ki, Fransa prezidenti E.Makron əl yazısı ilə Türkiyə prezidenti R.T.Ərdoğana məktub yazıb.
“İki gün öncə Makronun məktubunu aldıq. Məktub “Dəyərli Tayyib” sözlərilə başlayır və çox səmimi bir tərzdə yazılıb. Məktubda Fransa prezidenti iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək niyyətini ifadə edib. Bununla yanaşı, Makron Ərdoğanla görüşmək istədiyini qeyd edib. Prezidentimiz də görüşə razılıq verib. Əlbəttə ki, söhbət hələ ki, videokonfrans formatında görüşdən gedir”, - deyə Çavuşoğlu bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.