Konqres Baydenin əməkdaşlarına qarşı HƏRƏKƏTƏ KEÇDİ
Tarix: 11-06-2025, 09:58
/
Baxış: 694
Keçmiş prezident Co Baydenin 4 keçmiş əməkdaşı onun psixi vəziyyətinin araşdırılması çərçivəsində Nümayəndələr Palatasının Nəzarət Komitəsində and içərək ifadə verməyə razılaşıb.
Musavat.com xəbər verir ki, məlumatı "Axios" portalı yayıb.
Bildirilir ki, iyun-iyul aylarında Bayden dövründə Ağ Evin Daxili Siyasət Şurasının direktoru vəzifəsində çalışmış Neera Tanden, daha sonra keçmiş birinci xanım Cil Baydenin keçmiş baş müşaviri Entoni Bernal, prezidentin keçmiş xüsusi köməkçisi Eşli Uilyamson və Ağ Evin keçmiş aparat rəhbərinin müavini Enni Tomasini ifadə verəcək.
Portal xatırladır ki, Baydenin şəxsi həkimi Kevin O'Connor keçən həftə könüllü müsahibə tələbini yerinə yetirməkdən imtina etdikdən sonra məhkəmə yolu ilə ifadə verməyə çağırılıb.
Komitə həmçinin prezident administrasiyasının rəhbəri Ron Klain, Baydenin baş məsləhətçiləri Anita Dann və Mayk Donilon, Ağ Evin aparat rəhbərinin müavini Bruce Reed və müşaviri Steve Richetti ilə müsahibə tələb edib.
Dindirilmə indiki prezident Donald Trampın sərəncamı əsasında həyata keçirilir. O, Baydenin hakimiyyətinin son dövrlərində sərəncamlara özünün imza atıb-atmadığının araşdırılmasına dair sərəncam imzalayıb.
Ağ Evin hüquqşünaslarına, Ədliyyə Departamentinə və digər qurumlara, həmçinin "bəzi şəxslərin Baydenin psixi vəziyyəti ilə bağlı ictimaiyyəti çaşdırmaq və prezidentliyin səlahiyyət və vəzifələrini konstitusiyaya zidd şəkildə həyata keçirmək üçün sui-qəsd təşkil edib-etmədiyini" araşdırmaq tapşırılıb.
Bayden Ağ Evin hazırkı rəhbərinin bəyanatlarını təkzib edərək onları "yalan" adlandırıb:
"Açıq deyim: mən prezidentliyim zamanı qərarlar vermişəm. Bunu özümün etmədiyimi nəzərdə tutan hər hansı təklif gülünc və yalandır".
Digər xəbərlər
Xəbər lenti
22:11
05-08-2026
05-08-2026
21:48
05-08-2026
05-08-2026
21:18
05-08-2026
05-08-2026
20:43
05-08-2026
05-08-2026
20:33
05-08-2026
05-08-2026
20:16
05-08-2026
05-08-2026
19:44
05-08-2026
05-08-2026
19:34
05-08-2026
05-08-2026
19:14
05-08-2026
05-08-2026
18:51
05-08-2026
05-08-2026
18:31
05-08-2026
05-08-2026
18:21
05-08-2026
05-08-2026
17:49
05-08-2026
05-08-2026
17:33
05-08-2026
05-08-2026
17:17
05-08-2026
05-08-2026
16:53
05-08-2026
05-08-2026
16:23
05-08-2026
05-08-2026
16:00
05-08-2026
05-08-2026
15:46
05-08-2026
05-08-2026
15:30
05-08-2026
05-08-2026
15:17
05-08-2026
05-08-2026
15:00
05-08-2026
05-08-2026
14:20
05-08-2026
05-08-2026
14:14
05-08-2026
05-08-2026
14:11
05-08-2026
05-08-2026
13:38
05-08-2026
05-08-2026
12:33
05-08-2026
05-08-2026
12:16
05-08-2026
05-08-2026
12:12
05-08-2026
05-08-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Fermerləri Gələcəyə Aparan Texnologiyalar
05-08-2026 22:11
/
126
Suvarma Planı Olmayan Təsərrüfat Risk Altındadır
05-08-2026 21:48
/
117
İstixana Sahibkarlığında Yeni İmkanlar
05-08-2026 21:18
/
126
Torpaq Analizi Məhsulun Gələcəyini Müəyyənləşdirir
05-08-2026 20:43
/
126
Aqrar Sektorda Rəqəmsal İnqilab
05-08-2026 20:33
/
135
Kənddən Başlayan Böyük Sahibkarlıq Hərəkatı
05-08-2026 20:16
/
126








































