Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğanın səhhəti ilə bağlı yayılan xəbərə RƏSMİ AÇIQLAMA

Baxış: 154
Ərdoğanın səhhəti ilə bağlı yayılan xəbərə RƏSMİ AÇIQLAMA


Bir YouTube kanalında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı əsassız və böhtan xarakterli iddialar səsləndirilib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“Cənab Prezidentimiz, Türkiyə Cümhuriyyətinin dövlət başçısı olaraq konstitusion səlahiyyət və məsuliyyətlərini yerinə yetirir, xalqımıza xidmət yolunda böyük əzm və fədakarlıqla fəaliyyət göstərir”, – deyə açıqlamada qeyd olunub.

Qeyd olunub ki, Prezident Ərdoğanla görüşən dövlət başçıları, siyasətçilər və digər səlahiyyətli şəxslər onun məsələlərə dərindən bələd olduğunu, güclü yaddaşa və qətiyyətli qərarvermə qabiliyyətinə sahib olduğunu yaxşı bilirlər.

“Jurnalist etikası və məsuliyyət hissini nəzərə almayan, sosial şəbəkələrdə əsassız məlumatlar yayan şəxslər yalnız özlərini gülünc duruma salırlar”, – açıqlamada əlavə olunub.

Sonda bildirilib ki, bu cür iddiaların cəmiyyətə yönəlik manipulyasiya məqsədi daşıdığına diqqət edilməli, rəsmi qurumların məlumatlarına istinad olunmalıdır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.