Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Las-Veqasda terror törədən şəxsin mesajları üzə çıxdı-Trampa xüsusi simpatiya- ŞOK FAKTLAR

Baxış: 201

NBC News-un məlumatına görə, Las-Veqasda "Trump International" oteli yaxınlığında "Cybertruck" avtomobilində baş verən partlayışı törədən Metyu Livelsberqer ölümündən əvvəl telefonunda bir neçə mesaj buraxıb.
Sahibkartv.az xəbər verir ki, birinci mesajında Livelsberqer ABŞ rəhbərliyini "zəif" və "öz şəxsi varlanması üçün çalışan" bir qurum adlandıraraq "oyanışa ehtiyac olduğunu" vurğulayıb.
İkinci mesajında isə o, hərəkətinin terror aktı olmadığını, əksinə, bir "oyanış çağırışı" olduğunu bildirib. Livelsberqer yazıb ki, "amerikalılar yalnız şou və zorakılığa diqqət ayırır" və bunun onun fikirlərini çatdırmağın ən yaxşı yolu olduğunu düşünür.
Livelsberqer həmçinin hərbi xidmət zamanı öldürdüyü insanlardan bəhs edib və "özünü bu yüklərdən azad etmək" istədiyini qeyd edib.
Eyni zamanda, "Reuters" xəbər verir ki, Livelsberqerin ABŞ-ın seçilmiş prezidenti Donald Trampa qarşı şəxsi qərəzi olmayıb. "FBI" onun posttravmatik stres sindromundan əziyyət çəkdiyini və bu hadisəyə ailə problemlərinin və şəxsi incikliklərin təsir edə biləcəyini bildirib.
Son məlumata görə, FBI "Trump International" oteli yaxınlığında baş verən partlayışın Yeni Orleandakı terror aktı ilə bağlı olmadığını təsdiqləyib.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.