Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Növbəti aylarda pandemiya ilə mübarizə çətinləşəcək"-Bill Qeyts

Baxış: 335
Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Qeyts növbəti 4-5 ayın pandemiya ilə mübarizədə çətin olacağını bildirib.

O, peyvənd istehsalının yaz aylarında artacağını və nəzərəçarpacaq dəyişikliyin yaşanacağını deyib. Onun sözlərinə görə, ABŞ-da 2021-ci ilin yazına qədər həyat normala dönə bilər. Buna baxmayaraq, Qeyts tibbi maska taxmağın və sosial məsafə saxlamağın vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Bill Qeyts koronavirus peyvəndi araşdırmaları üçün bir çox şirkətə milyonlarla dollar sərmayə ayırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.